...

Kaliforniyada neft emalı zavodunda yanğın nəticəsində 3 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 2 Fevral 2025 17:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kaliforniya ştatının Martines şəhərindəki neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər yüngül xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "The Mercury News" yazır.

Hadisə "Shell" müəssisəsində baş verib. Qəzetin məlumatına görə, partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızması səbəb olub. Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb və bütün işçilər təxliyə edilib. Səlahiyyətlilər hadisə yerini bağlayıb və təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti