...

Meksika ABŞ-nin rüsumlarına cavab olaraq tədbirlər görəcək

Dünya xəbərləri Materials 2 Fevral 2025 11:24 (UTC +04:00)
Meksika ABŞ-nin rüsumlarına cavab olaraq tədbirlər görəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika ABŞ-nin tətbiq etdiyi rüsumlara tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək, lakin eyni zamanda dialoqa açıq qalacağını bəyan edib.

Trend xəbər verir ki, bu barədə ölkə prezidenti Klaudiya Şeynbaum məlumat verib.

Prezident, İqtisadiyyat nazirinə Meksikanın maraqlarını qorumaq üçün tarif və qeyri-tarif tədbirlərini özündə əks etdirən B Planını həyata keçirməyi tapşırıb.

Şeynbaum, Ağ Evin Meksikanın daxili işlərinə müdaxiləsini və cinayət təşkilatları ilə əlaqədə ittiham olunan Meksika hökumətinə qarşı böhtanı qəti şəkildə rədd etdiklərini bildirib.

Eyni zamanda, Meksika qarşıdurma istəmədiyini, qarşılıqlı əməkdaşlıqdan başlamağı arzuladığını vurğulayıb. O, qeyd edib ki, Meksika, fentanilin yalnız ABŞ-yə deyil, heç bir yerə getməməsini istəyir və əlavə edib ki, Birləşmiş Ştatlar narkotik ticarəti ilə məşğul olan və zorakılıq yaradan cinayətkar qruplarla mübarizə aparmaq istəyirsə, birlikdə işləmək lazımdır.

Şeynbaum həmçinin, Prezident Trampa ən yaxşı ictimai sağlamlıq və təhlükəsizlik ekspertlərindən ibarət işçi qrupu yaratmağı təklif edib. Dövlət başçısının sözlərinə görə, problemlər tariflərin tətbiqi ilə deyil, danışıqlar və dialoq yolu ilə həll olunur.

Xəbər lenti

Xəbər lenti