...

Tramp Kanada, Meksika və Çin məhsullarına rüsum tətbiq edib

Dünya xəbərləri Materials 2 Fevral 2025 05:58 (UTC +04:00)
Tramp Kanada, Meksika və Çin məhsullarına rüsum tətbiq edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə 3 sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncamlarda Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcəyi göstərilir.

İstisna yalnız neftlə bağlı olub. Belə ki, benzin və soba yanacağının qiymətlərində artım ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb.

Bu sərəncamlar faktiki olaraq hər 3 ölkə ilə bir neçə ildir mövcud olan rüsumsuz ticarəti ləğv edir.

Xəbər lenti

Xəbər lenti