Bakı. Trend:
ABŞ-nin Vaşinqton şəhərində qəzaya uğrayan “Bombardier CRJ700” sərnişin təyyarəsinin qalıqlarının Potomak çayından çıxarılmasına fevralın 3-dən başlanılacaq.
Trend-in “ABC News”a istinadən verdiyi xəbərə görə, əməliyyatlara ABŞ ordusunun mühəndislər korpusu rəhbərlik edəcək. Əvvəlcə təyyarənin fraqmentləri üzərində iş aparılacaq, daha sonra isə “Black Hawk” helikopterinin qalıqlarının sudan çıxarılması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.