...

“WTT Youth Star Contender Doha 2025” turnirində seçmə komandamız uğurla çıxış edir

İdman Materials 2 Fevral 2025 11:49 (UTC +04:00)
“WTT Youth Star Contender Doha 2025” turnirində seçmə komandamız uğurla çıxış edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin “WTT Youth Star Contender Doha 2025” yarışı davam edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Turnirin növbəti günündə seçmə komandamızın üzvləri Mərziyyə Nurmətova və Aylin Əsgərova qoşa yarışlarda fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Bundan əvvəl isə Onur Quluzadə və Yağmur Məmmədli qarışıq-qoşa mübarizəsində eyni nəticəni əldə ediblər.

Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turniri bu gün başa çatacaq.

Xəbər lenti

Xəbər lenti