...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Cəmiyyət Materials 2 Fevral 2025 11:11 (UTC +04:00)
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Milli Hidrometeorologiya Xidmətinin fevralın 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm).

Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti