Bakı. Trend:
Avstraliyanın şimal-şərqində baş vermiş genişmiqyaslı daşqınlar nəticəsində bir nəfər ölüb.
Trend xəbər verir ki, Kvinslend ştatının səlahiyyətliləri, bazar günü Taunsvildən təxminən 100 kilometr şimalda yerləşən İnghamda yerli sakinlərə yardım edərkən Dövlət Fövqəladə Hallar Xidmətinin qayığının çevrilməsi nəticəsində bir nəfərin həyatını itirdiyini bildiriblər.
Səlahiyyətlilər, qayığın çevrildiyi zaman içərisində 6 nəfər olduğunu və onlardan beş nəfərin həyatını xilas etmək mümkün olduğunu qeyd ediblər.
Həmçinin, səlahiyyətlilər Taunsvil şəhərinin bəzi ərazilərindən sakinlərin təxliyəsini tövsiyə ediblər. Şəhərdə təxminən 200 min nəfər yaşayır.