Bakı. Trend:
Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, qəza Elmadağ ərazisində baş verib. İki avtomobil aşıb, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Toqquşmadan sonra deformasiyaya uğramış avtomobillərdə sıxışıb qalan yaralılar xilasedicilər tərəfindən çıxarılaraq tibb işçilərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.