Bakı. Trend:
Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) fransalı rəqibinə qalib gələrək "Böyük Dəbilqə" turnirinin qalibi olub.
Trend xəbər verir ki, təmsilçimiz həlledici mərhələdə Daikii Boubanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən turnir fevralın 2-də başa çatacaq.