Bakı. Trend:
“Mançester Yunayted” heyətinə yeni müdafiəçi qatacaq.
Trend xəbər verir ki, Danimarka millisinin və “Leççe”nin müdafiəçisi Patrik Dorqu İngiltərə klubuna keçəcək.
Keçidlə bağlı tərəflər arasında razılıq əldə olunub. Transfer üçün 30+5 milyon avro ödəniləcək. Futbolçu müqavilə imzalamaq üçün İngiltərəyə yollanıb.
Qeyd edək ki, Dorqu cari mövsüm A seriyasında keçirdiyi 21 matçda 3 qol vurub.