...

"Qarabağ" XXI turda "Zirə" ilə qarşılaşacaq

İdman Materials 2 Fevral 2025 10:00 (UTC +04:00)
"Qarabağ" XXI turda "Zirə" ilə qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasının XXI turu çərçivəsində "Qarabağ" səfərdə "Zirə"nin qonağı olacaq.

Trend xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma turun son oyunu olacaq.

Turnir cədvəlinin lideri olan "Qarabağ" 50 xal toplayıb, "Zirə" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail" oyunu 1:1, "Sumqayıt" - "Araz-Naxçıvan" görüşü isə 0:0 hesabı ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti