...

Kanada hökuməti ABŞ mallarına cavab rüsumları tətbiq edəcək

Dünya xəbərləri Materials 2 Fevral 2025 06:47 (UTC +04:00)
Kanada hökuməti ABŞ mallarına cavab rüsumları tətbiq edəcək

Bakı. Trend:

Kanada hökuməti ümumi dəyəri 155 milyard dollar olan ABŞ mallarına 25 faizlik cavab rüsumları tətbiq edəcək.

Trend xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Trüdo əlavə edib ki, Ottava enerji və kritik minerallar sahəsində ABŞ-yə qarşı cavab tədbirlərini də nəzərdən keçirir.

Bu arada Meksika da ABŞ-nin rüsum artımı qərarına tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək.

Xəbər lenti

Xəbər lenti