Bakı. Trend:
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmi saytına girişin bağlanması Donald Tramp administrasiyasının agentliyin nəzarətini Dövlət Departamentinə vermək niyyətində olduğu xəbərləri ilə üst-üstə düşüb.
Trend-in verdiyi məlumata görə, sayta daxil olmaq istəyərkən "serverin IP ünvanı tapılmadı" mesajı peyda olub.
Bundan əvvəl ABŞ-da Tramp administrasiyasının USAİD-in müstəqil statusundan məhrum edilməsi və Dövlət Departamentinin strukturuna inteqrasiyası imkanlarını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Bu qərar icra olunarsa, agentlik beynəlxalq yardım proqramlarını idarə etməkdə öz muxtariyyətinin bir hissəsini itirəcək.