...

Marko Asensio PSJ-dən "Aston Villa"ya keçib

İdman Materials 2 Fevral 2025 10:35 (UTC +04:00)
Marko Asensio PSJ-dən "Aston Villa"ya keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

PSJ-nin 29 yaşlı vingeri Marko Asensio karyerasını İngiltərənin "Aston Villa" klubunda davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, PSJ və "Aston Villa" futbolçunun 6 aylıq icarəsi ilə bağlı tam razılığa gəliblər. İspaniyalı oyunçu tibbi müayinədən keçmək üçün bu gün, 2 fevral tarixində İngiltərəyə yollanacaq.

Xatırladaq ki, Asensio 2023-cü ildə PSJ-yə transfer olmuşdu.

Xəbər lenti

Xəbər lenti