...

ABŞ Maliyyə Nazirliyi fırıldaqçı və terrorçu təşkilatlara ödənişlər edib - İlon Mask

Dünya xəbərləri Materials 2 Fevral 2025 12:58 (UTC +04:00)
ABŞ Maliyyə Nazirliyi fırıldaqçı və terrorçu təşkilatlara ödənişlər edib - İlon Mask
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) müəyyən edib ki, ABŞ Maliyyə Nazirliyi fırıldaqçı və terrorçu təşkilatlara ödənişlər edib.

Trend-in məlumatına görə, Mask bunu "X" səhifəsində açıqlayıb.

"DOGE komandası digər məsələlərlə yanaşı, aşkar edib ki, ABŞ Xəzinədarlıq Departamentində ödənişlərin təsdiqlənməsinə cavabdeh olan məmurlara, hətta qarşı tərəf məlum fırıldaqçı və terror qrupları olsa belə, həmişə ödənişləri təsdiqləmək tapşırılıb. Onlar bütün karyeraları boyu sözün əsl mənasında heç vaxt ödənişdən imtina etməyiblər", - Mask qeyd edib.

Xəbər lenti

Xəbər lenti