Bakı. Trend:
Türkiyənin növbəti humanitar yardım karvanı Qəzzaya çatıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, çadır və yorğanlardan ibarət humanitar yardımı daşıyan yük maşınları Rəfah keçid məntəqəsindən keçərək Qəzza zolağına daxil olub.
“Dövlətimizin gücü və millətimizin dəstəyi ilə Fələstinin yanındayıq”, – paylaşımda qeyd olunub.