Bakı. Trend:
"Roma"nın müdafiəçisi Zeki Çelik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "Fulhem" türk futbolçunu transfer etmək istəyir. London klubu Zekini satınalma bəndi ilə icarəyə götürmək üçün "Roma"ya rəsmi təklif göndərib.
Transferin baş tutması "Roma"nın baş məşqçisi Klaudio Ranyerinin qərarından asılıdır. O, 27 yaşlı sağ cinah müdafiəçisinin komandadan ayrılmasına razılıq versə, keçid reallaşacaq.
Xatırladaq ki, Zeki Çelik 2022-ci ilin yayında "Lill"dən "Roma"ya transfer olunub. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində 28 rəsmi matçda iştirak edib və 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.