...

Yaponiyanın JAXA Kosmik Agentliyi "H3" raketi ilə Mitibiki-6 peykini kosmosa göndərib

Turizm Materials 2 Fevral 2025 18:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın JAXA Kosmik Agentliyi, Taneqaşima Kosmik Mərkəzindən Mitibiki-6 peykini daşıyan beşinci "H3" raketini kosmosa uğurla göndərib.

Trend xəbər verir ki, buraxılış JAXA-nın X sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

İlk olaraq fevralın 1-i üçün planlaşdırılan buraxılış hava şəraiti ilə əlaqədar olaraq fevralın 2-sinə təxirə salınıb.

Mitibiki-6 peyki, Yaponiyanın peyk yerləşdirmə sisteminin bir hissəsi olaraq, Yaponiya hökumətinin rəhbərlik etdiyi bir layihədir. Layihənin yaradıcıları, Mitibiki peykini "GPS-in Yapon versiyası" adlandırırlar və bunun Yaponiyanın kosmik sisteminə mühüm töhfə verdiyini bildirirlər.

Xəbər lenti

Xəbər lenti