...

Türkiyə Qəzzada azad edilmiş fələstinli məhbusları qəbul etməyə hazırdır - Hakan Fidan

Dünya xəbərləri Materials 2 Fevral 2025 16:52 (UTC +04:00)
Türkiyə Qəzzada azad edilmiş fələstinli məhbusları qəbul etməyə hazırdır - Hakan Fidan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Qəzzada azad edilmiş fələstinli məhbusları öz ərazisində qəbul etməyə hazır olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan, Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə Dohada keçirilən danışıqların yekununda məlumat verib.

Fidan bildirib ki, Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərindən biri fələstinli məhbusların azad edildikdən sonra Fələstin torpaqlarında qalmamasını nəzərdə tutur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da digər ölkələrlə birlikdə azad edilmiş fələstinliləri qəbul etməyə hazır olduqlarını ifadə edib. Hakan Fidanın sözlərinə görə, bu sazişin həyata keçirilməsində digər ölkələr də öz töhfələrini verəcək.

Xəbər lenti

Xəbər lenti