...

Patrik Dorqu "Mançester Yunayted"ə keçib

İdman Materials 2 Fevral 2025 18:59 (UTC +04:00)
Patrik Dorqu "Mançester Yunayted"ə keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarkalı futbolçu Patrik Dorqu İtaliyanın "Leççe" klubundan İngiltərənin "Mançester Yunayted" komandasına keçib.

Trend xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə 2030-cu ilin iyun ayınadək müqavilə imzalanıb. İngiltərə klubu futbolçunun transferi üçün 30 milyon avro ödəyib.

Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə Dorqu "Leççe"nin heyətində 21 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. 20 yaşlı futbolçu 2023-cü ilin iyulundan "Leççe"də çıxış edir və Danimarka millisində 4 oyun keçirib, 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti