...

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə dəvət edilib (FOTO)

Siyasət Materials 2 Fevral 2025 22:39 (UTC +04:00)
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə dəvət edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfirliyi “X”dakı hesabında məlumat yayıb.

Bildirilib ki, görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

İran Prezidenti Məsud Pezeşkian salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti