Bakı. Trend:
Prezident Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-da sərhədi qanunsuz keçmələrin sayı 93 faiz azalıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin yeni administrasiyasında sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyasına cavabdeh olan Tomas Homan deyib.
"Sərhəd keçidləri 93% azalıb. Bu, Trampın birinci dövründəkindən daha böyük azalmadır. <...> Bizim irəlidə görüləsi çox işimiz var", - deyə o bildirib.
O qeyd edib ki, “təhlükəsiz sərhəd olmadan etibarlı milli təhlükəsizlik mümkün deyil”.
"[Miqrantların] deportasiya əməliyyatına gəlincə, onun həyata keçirilməsinin ilk həftəsində biz artıq əksəriyyəti cinayətkar olan 5 min insanı saxlamışıq", - deyə T.Homan əlavə edib.