...

Konqo Demokratik Respublikasında yeni Ebola epidemiyası təhlükəsi

Dünya xəbərləri Materials 2 Fevral 2025 20:35 (UTC +04:00)
Konqo Demokratik Respublikasında yeni Ebola epidemiyası təhlükəsi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində 2025-ci ildə yeni Ebola epidemiyasının baş verə biləcəyi ehtimal edilir.

Trend-in məlumatına görə, bu barədə Actualite xəbər portalı Qırmızı Xaç Komitəsinin Ekvator əyalətindəki rəhbəri Kolomba Mampuyaya istinadən məlumat yayıb.

Mampuyanın sözlərinə görə, yanvarın 10-dan 22-dək Ekvator əyalətində Ebola xəstəliyinə xas simptomlarla 8 nəfər həyatını itirib. Ümumi yoluxma sayı 12 nəfərdir.

Ölənlərdən alınan toxuma nümunələri laboratoriyaya göndərilib. “Yalnız laboratoriya nəticələri regional hökumətə Ebola virusunun yenidən ortaya çıxıb-çıxmadığını rəsmi şəkildə elan etməyə imkan verəcək”, - deyə o bildirib. Mampuya əlavə edib ki, yoluxmuş şəxslərin hamısı vəhşi heyvanlarla təmasda olub.

Qeyd edək ki, Ekvator əyalətində Ebola qızdırmasının son epidemiyası 2022-ci ilin aprel-iyul aylarında qeydə alınıb. Həmin dövrdə yoluxmuş beş nəfərin hamısı vəfat etmişdi.

Xəbər lenti

Xəbər lenti