Bakı. Trend:
İsrail ordusu İordan çayının qərb sahilinin şimalında keçirilən əməliyyat zamanı 50 terrorçunu məhv edib və terror fəaliyyətində iştirakda şübhəli bilinən 100-dən çox şəxsi saxlayıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
O cümlədən, “ilkin əməliyyatlar zamanı hava zərbələri nəticəsində 15-dən çox terrorçu məhv edilib”, əməliyyat tədbirləri zamanı azı 35 terrorçu məhv edilib.