Bakı. Trend:
İtaliyanın nəhəng klubu "Yuventus" müdafiə xəttini gücləndirmək üçün yeni transferini yekunlaşdırmaq üzrədir.
Trend-in məlumatına görə, Turin təmsilçisi İngiltərənin "Nyukasl" klubundan Lloyd Kellini heyətinə qatmağa hazırlaşır.
"Yuventus" 26 yaşlı mərkəz müdafiəçisini 15 milyon funt-sterlinqlik satınalma bəndi ilə icarəyə götürəcək. Klub həm futbolçu, həm də "Nyukasl"la razılığa gəlib.
Xatırladaq ki, Lloyd Kelli 2023-cü ilin yayından "Nyukasl"da çıxış edir. İngiltərənin U-21 millisinin sabiq üzvü bu mövsüm Premyer Liqada 14 rəsmi matçda iştirak edərək 1 məhsuldar ötürmə ilə yadda qalıb.