...

Castin Trüdo Klaudiya Şeynbaumla ABŞ-nin yeni tarif siyasətini müzakirə edib

Dünya xəbərləri Materials 2 Fevral 2025 19:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın baş naziri Castin Trüdo Meksika prezidenti Klaudiya Şeynbaumla telefonla danışıb və ABŞ prezidenti Donald Tramp administrasiyasının, bu ölkələrə 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayan son addımları barədə məlumat verib.

Trend xəbər verir ki, bu barədə bazar günü Meksikanın "El Universal" qəzeti məlumat yayıb.

Nəşr Trüdodan sitat gətirir: “ABŞ prezidenti Donald Trampın iki ölkəmizə qarşı tarif siyasətini sərtləşdirməyə dair sərəncam imzalamasından qısa müddət sonra prezident Klaudiya Şeynbaumla danışdım."

Bundan əvvəl həm Meksikanın, həm də Kanadanın ABŞ-nin hərəkətlərinə cavab tədbirləri görəcəyi bildirilirdi.

Xəbər lenti

Xəbər lenti