...

Azərbaycanın titullu güləşçisi Mariya Stadnik karyerasını bitirdiyini açıqlayıb

İdman Materials 2 Fevral 2025 20:56 (UTC +04:00)
Azərbaycanın titullu güləşçisi Mariya Stadnik karyerasını bitirdiyini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadın güləşinin əfsanəvi simalarından biri olan Mariya Stadnik peşəkar idman karyerasını başa vurduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə titullu idmançı instaqram hesabında paylaşım edib.

“Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm,” – deyə Stadnik yazıb.

Qeyd edək ki, Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarını medalsız başa vurub. O, ikiqat dünya və onqat Avropa çempionu olmaqla yanaşı, əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc medal qazanıb. Stadnik Azərbaycan güləş tarixinə unudulmaz iz qoyan idmançılardan biri kimi yadda qalacaq.

Xəbər lenti

Xəbər lenti