Bakı. Trend:
Futbol üzrə İtaliya çempionatının 23-cü turunda "Milan" futbol klubu evdə “İnter”lə 1:1 hesablı heç-heçə edib.
Trend-in məlumatına görə, meydan sahiblərinin qolunu 45-ci dəqiqədə Teyani Reynders, qonaqlardan isə Stefan de Vrey (90+3) fərqlənib.
“İnter” bu mövsüm üçüncü dəfə “Milan”ı məğlub edə bilməyib. "Milan" bundan əvvəl İtaliya çempionatının ilk turunda (2:1) və ölkə Superkubokunun yarımfinalında (3:2) rəqibinə qalib gəlib.