...

İran və Azərbaycan arasında görüşlərin artması qarşılıqlı anlayış üçün yaxşı başlanğıcdır - Rəsmi Tehran

Siyasət Materials 3 Fevral 2025 13:03 (UTC +04:00)
İran və Azərbaycan arasında görüşlərin artması qarşılıqlı anlayış üçün yaxşı başlanğıcdır  - Rəsmi Tehran
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İran rəsmiləri arasında görüşlərin və gediş-gəlişlərin artması müştərək nigaranlıqların aradan qaldırılması və iki ölkə arasında əlaqələrin yaxşılaşması ilə əlaqədar qarşılıqlı anlayış üçün yaxşı başlanğıcdır.

Trend-in məlumatına görə, bunu bu gün İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (3 fevral) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə rəsmiləri münasibətlərin möhkəmləndirilməsi və bəzi anlaşılmazlıqları ilə əlaqədar danışıqlar aparıblar.

Bəqai bildirib ki, Cənubi Qafqaz və bütün qonşular, o cümlədən Azərbaycan və Ermənistan İran üçün çox önəmlidir.

"İranın hər iki ölkə ilə yaxşı əlaqələri var son günlərdə diplomatik gediş-gəlişlər daha da artıb. İran dəfələrlə qeyd edib ki, iki ölkə arasında danışıqların irəliləməsinə istənilən köməyi etməyə hazırdır", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti