...

İrəvanda "Qarabağ" oxundu, Ermənistan iç üzünü bir daha göstərdi

Siyasət Analytics 3 Fevral 2025 12:10 (UTC +04:00)
İrəvanda "Qarabağ" oxundu, Ermənistan iç üzünü bir daha göstərdi
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanın mərkəzində baş verən hadisə erməni siyasi elitasının ikiüzlülüyünü və cəmiyyətin iyrənc, çirkin və eybəcər fobiyalarını açıq-aşkar üzə çıxardı. İranın Azərbaycan əsilli bir qrup vətəndaşının İrəvanın mərkəzindəki Respublika Meydanında məşhur “Qarabağ” mahnısını ifa etməsi, Ermənistanda sanki milli təhlükə siqnalı kimi qəbul olundu.

Nə baş verdi? Azad sözün milli fobiyalar çərçivəsində boğulduğu, "demokratiya"nın isə yalnız formal bir pərdə olduğu bir ölkədə gözlənilən nəticə: repressiya, təqiblər, həbslər və media ilə sosial şəbəkələrdə əməllicə isteriya!

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu hadisəyə elə sürətlə reaksiya verdi ki, sanki ölkəyə real bir təhlükə yaranmışdı. Mahnının ifa edildiyi videonun sosial şəbəkələrdə yayılmasından dərhal sonra "cinayətkarlar"ın axtarışına başlanıldı. Günahları nə idi? Sadəcə olaraq Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlu, Mehdi Məhəmmədi, Həmid Əzizi Maliki və Nadir Qafari adlı şəxslər azərbaycanca mahnı oxumuşdular. Onlardan biri hətta "xuliqanlıq" ittihamı ilə həbs edildi.

Gerçəkdən? Azərbaycanca mahnı oxumaq artıq Ermənistanda xuliqanlıq sayılır? Yoxsa bu, Ermənistanın Cinayət Məcəlləsinə edilən yeni "düzəliş"dir ki, azərbaycanlı mədəniyyətinə mənsub olmaq artıq ağırlaşdırıcı hal kimi qəbul edilir?

Bununla da bitmədi.

İrəvandakı "Müstəqil Strateji Araşdırmalar Mərkəzi"nin rəhbəri Qərib Babayana qarşı da cinayət işi açılıb, səbəb isə həmin "təhlükəli" videonu sosial şəbəkədə paylaşmasıdır. Ona qarşı irəli sürülən ittiham – "nifrət və düşmənçilik yaymaq"dır (Ermənistan CM-nin 329-cu maddəsi).

Burada bir an dayanaq: Qarabağ haqqında bir mahnı necə "nifrət yaymaq" ola bilər? Əgər Ermənistan özü Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyıbsa, o zaman bu mahnı kimə və nəyə təhlükə yaradır?

2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı da tanıdığını rəsmi şəkildə bəyan etdi. Kağız üzərində hər şey qaydasındadır. Amma reallıqda isə nifrət ideologiyası dövlət siyasətinin bir parçası olaraq qalır. Ermənistanın məhkəmələri, hüquq-mühafizə orqanları hələ də sovetdənqalma düşüncə tərzi ilə idarə olunur: azərbaycanlı mədəniyyəti - "təhlükə", Azərbaycan musiqisi - "təxribat", Azərbaycan bayrağı - "çağırış".

Bu, sadəcə bir paradoks deyil. Bu, diaqnozdur. Ermənistan beynəlxalq arenada sülhsevər ölkə kimi görünməyə çalışır, amma daxildə millətçilik və etnik dözümsüzlük ideologiyasını bəsləyir. İkiüzlülük? Bəli, amma bu artıq "standart" deyil, Ermənistanın siyasi varlığının əsas mahiyyətidir.

"Qarabağ" mahnısının ifası ilə bağlı insident Ermənistan cəmiyyətinin hələ də milli fobiyalar və komplekslər içində boğulduğunu sübut etdi. Əgər rəsmi olaraq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınıbsa, onda niyə azərbaycanca bir mahnı oxumaq cinayət sayılır? Cavab sadədir: Ermənistan hələ də öz fobiyalarından azad ola bilməyib. Azərbaycana qarşı düşmənçilik ideologiyası onilliklər ərzində erməni cəmiyyətinin beyninə yeridilib.

Burada tanış bir fiqur yenidən səhnəyə çıxır - lənətə gəlmiş, murdar Qaregin Njdə. İkinci Dünya Müharibəsində nasist Almaniyası ilə əməkdaşlıq etmiş bir rəzil erməni millətçisi. Onun iyrənc ideyaları bu gün də Ermənistanın dövlət ideologiyasının əsasını təşkil edir. İrəvanın küçələrində Njdə heykəlləri, məktəb dərsliklərində onun "tsexakron", yəni "erməni üstünlüyü" haqqında təbliğatları - bunlar təkcə bir şəxsin kultu deyil, erməni dövlətçiliyinin ideoloji təməlidir.

2016-cı ildə İrəvanda beynəlxalq qınaqlara baxmayaraq, Njdəyə böyük bir abidə ucaldıldı.

Belədə sual yaranır: faşistlərin sadiq köpəyini "milli qəhrəman" kimi təqdim edən bir ölkə tolerantlıq və demokratiya haqqında necə danışa bilər? Əsla, heç cür! Çünki Ermənistan demokratiya ilə bağlı deyil. Ermənistan qorxu ilə bağlıdır. Həqiqətdən qorxmaq, qonşu mədəniyyətdən qorxmaq, öz tarixindən qorxmaq, uydurma və yalan "tarix"lə toxtaqlıq taparaq idiotcasına öyünmək - Ermənistanın əsas xüsusiyyətləridir.

Ermənistan dünyaya "demokratik dəyərlər"dən danışır, amma əslində millətçi paranoyanın hökm sürdüyü bir ölkədir. "Njdeizm" ideologiyasının təsiri altında erməni radikalları mütəmadi olaraq Azərbaycana və onun mədəniyyətinə qarşı təxribatlar həyata keçirirlər. Bu nifrət aktları təsadüfi deyil, dövlət siyasətinin sistemli bir hissəsidir. Keçmişə kult, şovinizm və etnik dözümsüzlük Ermənistanın ictimai həyatının əsas "dəyərləri" kimi qalır.

İrəvanda bir mahnıya görə adam həbs edilirsə, bu ölkənin sülhə və demokratiyaya nə qədər "hazır" olduğunu düşünmək artıq gülüncdür. Ermənistanın problemi Qarabağda deyil. Ermənistanın problemi öz içindədir – tarixə saplanıb qalan, nifrət üzərində qurulmuş bir ideologiya ilə idarə olunan bir ölkədir. Və belə bir ölkə nə sülhə, nə də tərəqqiyə hazır deyil.

Faktları xatırlayaq.

2021-ci il: Ermənistanda azərbaycanlılara qarşı törədilmiş terror aktlarında iştirak etmiş şəxslərə abidələr ucaldıldı. Bu "qəhrəmanlar" tarixdən gələn əfsanəvi fiqurlar deyil, nifrət və zorakılıqları ilə tanınan real cinayətkarlardır.

2023-cü il: İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı erməni azarkeşləri Azərbaycan bayrağını nümayişkaranə şəkildə yandırdılar. Bu hərəkət təkcə Azərbaycana deyil, sivil dünyanın fundamental dəyərlərinə qarşı açıq bir çağırış idi.

Ermənistan mediasında Azərbaycana qarşı davamlı demonizasiya kampaniyası aparılır. Bakı tərəfindən irəli sürülən heç bir sülh təşəbbüsü ciddi qəbul edilmir. Bunun əvəzində, erməni informasiya məkanında Azərbaycanı "əbədi təhlükə" kimi göstərən miflər yayılır.

Ermənistan tarixi fobiyaların və millətçi miflərin əsiri olaraq seçim qarşısındadır: ya qonşularla münasibətləri normallaşdırmaq yolunu tutmalı, ya da keçmişin qaranlığında boğulmağa davam etməlidir. "Njdeizm" ideologiyası Ermənistan cəmiyyətində dərin köklərə malik olduğu müddətdə ölkənin xarici dünya ilə inteqrasiya cəhdləri iflasa uğrayacaq.

Belə bir ölkənin gələcəyi necə ola bilər? Terrorçuların qəhrəman kimi tərənnüm edildiyi, Azərbaycan mahnısının oxunmasının dövlət üçün təhlükə sayıldığı bir ölkə, təkamül və sülh deyil, təcrid, deqradasiya və bitməz-tükənməz daxili münaqişələr yoluna qədəm qoyur. Dərin siyasi transformasiyalar, millətçi təbliğatdan imtina və siyasətin köklü şəkildə yenidən qiymətləndirilməsi olmadan Ermənistan nifrət və paranoya dairəsində dövr etməyə davam edəcək.

Nikol Paşinyan və dəstəsi demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı pafoslu bəyanatlar verməyi, şüarçılıqla məşğul olmağı sevir. Amma reallıqda bu sözlərin arxasında polis dövlətinin repressiv mexanizmləri dayanır. İran vətəndaşlarının Azərbaycan mahnısı ifa etdiklərinə görə həbs edilməsi və blogerin həmin videonu paylaşdığı üçün təqib edilməsi Ermənistanın müasir demokratik standartlara uyğunlaşa bilmədiyini bir daha sübut edir.

Bu, tək-tək hadisələr deyil. Bu, sistematik bir problemdir. Ermənistan uzunmüddətli sülh qurmaq iqtidarında deyil, çünki onun daxili siyasi mexanizmləri nifrəti bəsləyir, dialoqu deyil. Azərbaycan mədəniyyətinin hər hansı bir elementi Ermənistanda təhlükə kimi qəbul olunur və dərhal "zərərsizləşdirilməlidir".

Beynəlxalq arenada Ermənistan özünü müasir, demokratik ölkə kimi göstərməyə çalışır. Lakin daxili reallıq tamamilə fərqlidir: avtoritar idarəçilik, sistemli repressiyalar və azad fikrə qarşı amansız münasibət.

Müxalif fikrə qarşı repressiyalar artıq norma halını alıb. Rəsmi ideologiyadan kənara çıxmaq dövlətə qarşı "təhdid" kimi qəbul edilir.

Müstəqil mediaya təzyiqlər planlı şəkildə həyata keçirilir, senzura və jurnalistlərin qorxudulması adi hala çevrilib.

Sərt cəza tədbirləri fərqli düşünmək "cəsarətini" göstərənlərə qarşı tətbiq edilir. Bu, Ermənistanın real demokratiyaya nə qədər uzaq olduğunu göstərir.

Azərbaycan mahnısını ifa etdiklərinə görə insanları həbs etmək Ermənistanda istisna deyil. Bu, qanundur. Bu, Ermənistanın reallığıdır. Azad sözün Azərbaycanın mədəniyyətinə toxunan yerdə bitdiyi, mahnının "cinayət", faşist kollaborasionistlərinin isə "milli qəhrəman" olduğu bir ölkədir.

İrəvanda azərbaycanlı mahnısını ifa etdikləri üçün iranlı vətəndaşların həbs edilməsi təkcə repressiv siyasətin daha bir nümunəsi deyil. Bu, Ermənistanın Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli bir marşrut üzərində nəzarətə layiq olmadığını göstərən açıq sübutdur. İnsanların mədəni ifadə azadlığına görə zindana atıldığı bir ölkə nə azad hərəkət, nə də təhlükəsizlik və sabitlik təmin edə bilər.

Zəngəzur dəhlizi sadəcə bir nəqliyyat marşrutu deyil. Bu, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən strateji arteriyadır və regionun ticarət, logistika və iqtisadi inteqrasiyası üçün yeni imkanlar açır. Lakin bu dəhliz üzərində Ermənistanın nəzarəti onun səmərəli fəaliyyətinə birbaşa təhlükə yaradır.

Niyə?

Çünki insanları sadəcə mahnı ifa etdiklərinə görə hədəf alan bir dövlətin, beynəlxalq ticarət və tranzit marşrutlarını obyektiv və ədalətli şəkildə idarə edəcəyinə inanmaq sadəlövhlük olardı.

Ermənistan dəhlizi Azərbaycan və tərəfdaşlarına qarşı təzyiq vasitəsinə çevirə bilər.

Rəsmi İrəvan bu dəhlizi regionda geosiyasi şərtlər irəli sürmək üçün bir alət kimi istifadə edə bilər.

Nikol Paşinyan və dəstəsi Ermənistanda etnik və mədəni dözümsüzlük siyasəti yürütdüyü müddətdə dəhlizin təhlükəsizliyi təmin edilə bilməz.

Ermənistan tarixdən dərs çıxarmaq və nifrət ideologiyasından imtina etmək əvəzinə, özünü milli fobiyalar içində məhdudlaşdırır. Bu, təkcə Ermənistanın özünü deyil, bütöv regionun sabitliyini də təhlükə altına qoyur. Zəngəzur dəhlizi Ermənistanın nəzarətində qaldıqca, regionda sabitlik yox, gərginlik hökm sürəcək. Azərbaycanın sülhə və əməkdaşlığa yönəlmiş təşəbbüsləri qarşısında Ermənistanın sərgilədiyi destruktiv mövqe bir daha sübut edir ki, bu ölkə strateji layihələrin etibarlı tərəfdaşı ola bilməz.

Niyə?

Çünki insanları sadəcə bir mahnıya görə təqib edən bir dövlət, azad hərəkət prinsipini təmin etmək iqtidarında deyil. Ermənistan hakimiyyəti mədəni, siyasi və iqtisadi azadlıqlara münasibətini artıq dəfələrlə nümayiş etdirib. Musiqiyə görə insanları həbs etməkdən çəkinməyən bir rejimin strateji bir dəhlizi obyektiv və ədalətli şəkildə idarə edəcəyini düşünmək sadəlövhlük, hətta təhlükəlidir.

Ermənistanın Zəngəzur dəhlizi üzərində nəzarəti region üçün ciddi risklər yaradır. Burada söhbət təkcə yük daşımalarının gecikməsindən və ya bürokratik maneələrdən getmir. Məsələ Ermənistanın bu dəhlizi Azərbaycan və onun müttəfiqlərinə qarşı təzyiq vasitəsinə çevirmək potensialındadır.

Ermənistan beynəlxalq ticarət zəncirlərini pozaraq yük daşımalarına süni maneələr yarada bilər.

Dəhliz Bakı ilə danışıqlarda təzyiq vasitəsi kimi istifadə edilə bilər. Ermənistan, marşrutu bağlamaq təhdidi ilə öz şərtlərini diktə etməyə çalışa bilər.

Fərqli düşünənlərə qarşı repressiyalardan çəkinməyən bir hökumətin, vətəndaşlar və biznes üçün tranzit marşrutlarının təhlükəsizliyini təmin edəcəyinə inanmaq çətindir.

Təcrübə göstərir ki, Ermənistan beynəlxalq razılaşmaları sistematik şəkildə pozur. Bu, təsadüfi insidentlər deyil, köklü bir problemdir. Qısamüddətli siyasi maraqlar və millətçi ambisiyalar naminə öz öhdəliklərindən asanlıqla imtina edən bir ölkə, strateji bir dəhlizin idarə olunmasında etibarlı tərəfdaş ola bilməz.

Ermənistan, milli maraqları naminə beynəlxalq səviyyədə tanınan razılaşmaları belə pozmaqdan çəkinmir.

Rəsmi İrəvan Ermənistan rəsmiləri beynəlxalq platformalarda sülh və əməkdaşlıqdan danışmağı yaxşı bacarır, lakin daxildəki real siyasət bu bəyanatlara tamamilə ziddir.

Nikol Paşinyan bu gün razılaşma imzalayır, sabah isə onu açıq şəkildə görməzdən gəlir. Bu, tərəfdaşlıq deyil, nəticəsi əvvəlcədən məlum olan bir lotereyadır.

Zəngəzur dəhlizi üzərində nəzarət hüquq deyil, məsuliyyətdir. Ermənistan isə bu məsuliyyəti daşımaq qabiliyyətində deyil.

Regional təhlükəsizlik və sabitlik, insan hüquqlarını və beynəlxalq öhdəlikləri sistematik şəkildə pozan bir ölkədən asılı ola bilməz.

Dəhlizin gələcəyi – azad və maneəsiz tranzitdir. Burada siyasi şantaja və etnik nifrətə yer yoxdur.

Ermənistan öz siyasətini köklü şəkildə dəyişməyib, mədəni və milli dözümsüzlükdən imtina etmədiyi müddətcə, bu ölkəyə strateji marşrutların "etibarlı qoruyucusu" kimi etibar etmək sadəcə illüziyadır. Ermənistan bu rola hazır deyil. Və görünür ki, yaxın gələcəkdə də hazır olmayacaq.

Ermənistanın Zəngəzur dəhlizi üzərində nəzarətə layiq olmadığını göstərən kifayət qədər faktlar var. İnsan haqlarına hörmət etməyən, mədəni müxtəlifliyi qəbul etməyən və beynəlxalq öhdəlikləri sistemli şəkildə pozan bir ölkənin, regional sabitlik və təhlükəsizliyi təmin edə bilməyəcəyi açıq-aydın ortadadır. Bu səbəbdən də, Zəngəzur dəhlizinin azad və təhlükəsiz tranzit marşrutu kimi fəaliyyət göstərməsi üçün Ermənistanın bu prosesdə iştirakına güvənmək mümkün deyil.

İrəvanda baş verən hadisələr bir daha sübut etdi ki, Ermənistanın "demokratiya", "insan haqları" və "azadlıq" haqqında səsləndirdiyi şüarlar sadəcə göz boyamaqdan başqa bir şey deyil. Bu boş ritorikanın arxasında isə sərt etnosentrik siyasət gizlənir. Azərbaycanofobiya və türkfobiya Ermənistanda marjinal yanaşmalar deyil – bunlar dövlət ideologiyasının ayrılmaz hissəsidir. Əgər Ermənistan öz qonşularının sadə mədəni kimliyini belə qəbul edə bilmirsə, o zaman hansı sülhdən və sabitlikdən danışmaq olar?

Belə bir dövlətlə aparılan istənilən danışıqlar uğursuzluğa məhkumdur, çünki İrəvan sülhün əsas prinsipini – qarşılıqlı hörmətin vacibliyini – qəbul etmir. İnsanların sadəcə bir mahnıya görə həbs olunduğu bir ölkədə uzunmüddətli birgəyaşayış xülyadan başqa bir şey deyil.

Bu insident açıq şəkildə göstərdi ki, Ermənistan müasir reallıqlara uyğunlaşmaq iqtidarında olmayan bir dövlətdir. Dünyada mədəni müxtəliflik və azadlıq dəyərləri ön plana çıxarkən, Ermənistan hələ də orta əsrlərə xas stereotiplərin əsiridir.

... Ermənistan öz keçmişinin tələsində qalıb. Mahnıdan qorxan bir ölkə gələcək qura bilməz. Terrorçuların xatirəsi sülhə olan istəkdən üstün tutulan bir ölkə təcridə məhkumdur. Və Ermənistanda Azərbaycan bayraqları yandırıldığı, insanlara musiqiyə görə təzyiq göstərildiyi müddətcə, burada əsl demokratiya və sivilizasiyadan danışmaq mənasızdır.

Ermənistan nifrət yolunu seçdi.
Və bu yol uçuruma aparır.

Ermənistanda Qarabağ haqqında mahnı oxumaq cinayətdir, amma nasistlərin əlaltılarına və sadiq köpəklərinə abidə ucaltdırmaq normadır.

İrəvanın siyasəti və mahiyyəti budur.

Xəbər lenti

Xəbər lenti