Bakı. Trend:
Ötən həftə neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2,78 dollar (3,4%) azalaraq 79,04 dollar/barel təşkil edib. Bu dövr ərzində maksimum qiymət 79,48 dollar/barel, minimum isə 78,52 dollar/barel təşkil edib.
Ötən həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 77,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,7 dollar və ya 3,3% azdır. Maksimal qiymət 78,31 dollar/barel, minimum isə 77,33 dollar/barel təşkil edib.
URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2,92 dollar (4,4%) azalaraq 63,87 dollar/barel təşkil edib. URALS neftinin maksimal qiyməti 64,47 dollar/barel, minimum isə 63,25 dollar/barel təşkil edib.
Dated Brent markalı neftin orta qiyməti 2,09 dollar (2,6%) ucuzlaşaraq 77,59 dollar/barelə bərabər olub. Dated Brent neftinin maksimal qiyməti 77,91 dollar/barel, minimum isə 77,05 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
27.01.2025 |
28.01.2025 |
29.01.2025 |
30.01.2025 |
31.01.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$79,48 |
$79,14 |
$79,22 |
$78,84 |
$78,52 |
$79,04 |
Azeri Light FOB Ceyhan |
$78,31 |
$77,99 |
$78,06 |
$77,66 |
$77,33 |
$77,87 |
Urals (EX NOVO) |
$64,47 |
$63,92 |
$64,01 |
$63,69 |
$63,25 |
$63,87 |
Dated Brent |
$77,91 |
$77,71 |
$77,83 |
$77,48 |
$77,05 |
$77,59 |