...

Deputat Qərbin rıçaqlarının zərərsizləşdirilməsindən danışdı

Cəmiyyət Materials 3 Fevral 2025 11:43 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İllər əvvəl qonşu Gürcüstan qapılarını imperializmin missionerlərinə açarkən, Azərbaycan Qərbin də, Şərqin də, Şimalın da, Cənubun da ölkəmizdə möhkəmlətmək istədiyi təsir rıçaqlarını tam zərərsizləşdirməyə nail oldu. Nəticədə Gürcüstan, Ukrayna kimi dövlətlərin qoynunda böyüyən şişirdilmiş “vətəndaş cəmiyyəti” instututları Qərb agenturası qismində bu dövlət və xalqın iradəsi üzərində kvazi nəzarət uğrunda mübarizəyə başlayarkən Azərbaycan özünün sabit inkişaf yoluna qədəm qoyub.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Deputat vurğulayıb ki, Avropaya vizasız gedib gəlmək idealları ilə yaşayanların əksinə Azərbaycan potensialını sonrakı dövrdə müstəqillik və suverenliyimizin qarantına çevriləcək layihələr yönəltdi.

“Bir vaxtlar enerji və nəqliyyat layihələrimizə qarşı çıxanlar artıq həmin layihələrin faktiki benefisiarlarına çevriliblər və ən azı elə bu fakt Azərbaycanın regionda əməkdaşlığın və təhlükəsizliyin qarantı funksiyasını üstləndiyini göstərir.

Təbii ki, insan haqları və demokratiya anlayışlarına bürünüb regiona burnunu soxmaq istəyənlər üçün bu əlverişli konfiqurasiya deyil. AŞPA-nın Azərbaycanın ardınca Gürcüstanla da münasibətlərini qoparması isə göstərir ki, Qərb üçün girib diktə edə bilmədiyi bütün mətbəxlər çirklidir, Qərbin marionetinə çevrilməyən bütün liderlər avtoritar, ölkələr isə qeyri demokratikdir.

Bütövlükdə beynəlxlaq ictimaiyyət fərqində olmalıdır ki, Fransanın müstəmləklərində yüzminlərlə insanı soyqırıma məruz qoymaqda davam etməsinə göz yuman AŞPA, Avropa Parlamenti kimi təsisatlar, qlobal insan haqları təşkilatları, Azərbaycanda siyasi məhbus ovuna çıxılması, səviyyəsiz, kimə işlədiyini özü də dərk etməyən kuklaları qəhrəman elan etməsi insan haqqını qorumaq yox, insan haqqına girməkdir”, - deyə B.Məhərrəmov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti