Bakı. Trend
Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən evlərin birindən 3200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş F.Tağıyeva müəyyən olunaraq saxlanılıb.
Abşeron rayonu ərazisində də analoji hadisə baş verib. Novxanı qəsəbəsi ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən A.Seyidverdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.