...

Livanın yeni hökuməti 48 saat ərzində açıqlanacaq

Dünya xəbərləri Materials 3 Fevral 2025 07:24 (UTC +04:00)
Livanın yeni hökuməti 48 saat ərzində açıqlanacaq

Bakı. Trend:

Yanvarın 13-də bu vəzifəyə təyin edilmiş Livanın baş naziri Navaf Salam yaxın 48 saat ərzində respublikanın yeni hökumətinin tərkibini açıqlayacaq.

Trend-in məlumatına görə, bu barədə "Al Hurra" telekanalına "Demokratik görüş" blokunun deputatı Mərvan Hammad bildirib.

"24 nazirdən ibarət kabinet yanvarın 9-da general Cozef Aunun prezident seçilməsindən sonra Livanın keçdiyi siyasi mərhələni əks etdirəcək", - deyə o qeyd edib.

Onun sözlərinə görə, baş nazir Navaf Salamın hökumətin formalaşdırılması üçün müəyyən etdiyi meyarlar böhrandan çıxmağa kömək edəcək və onun seçdiyi rəqəmlər Livan və beynəlxalq ictimaiyyətin etimadını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti