...

Kiçik sahibkarlığa verilən kreditlərin məbləği açıqlanıb

İqtisadiyyat Materials 3 Fevral 2025 10:13 (UTC +04:00)
Kiçik sahibkarlığa verilən kreditlərin məbləği açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən kiçik sahibkarlığa 1 milyard 548,6 milyon manat biznes krediti verilib.

Trend Mərkəzi Banka istinadən xəbər verir ki, kiçik sahibkarlığa verilən biznes kreditlərinin həcmi əvvəlki ilin sonu ilə müqayisədə 36,9 milyon manat, yaxud da 2,3% azalıb. 2023-cü ilin sonunda kiçik sahibkarlığa verilən biznes kreditlərinin həcmi 1 milyard 585,5 milyon manat olub.

Qeyd edək ki, ötən ilin sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12 milyard 616 milyon manat olub.

Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 12 min 26 kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir.

Kiçik sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (4 min 133), ən azı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (42) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti