...

Ötən il Azərbaycanın qeyri-neft ixracı artıb

İqtisadiyyat Materials 3 Fevral 2025 13:10 (UTC +04:00)
Ötən il Azərbaycanın qeyri-neft ixracı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə “İxrac icmalı”nda qeyd olunub.

Məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.

Bildirilib ki, 2024-cü ilin 12 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4% artaraq 38,5 milyon ABŞ dolları, pambıq lifi 45,2% artaraq 178,2 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32,8% artaraq 28,9 milyon ABŞ dolları, qiymətli metallar 29,2% artaraq 215,3 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,3% artaraq 293,7 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilər 14,3% artaraq 68,8 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1% artaraq 197,2 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin yanvar-dekabr ayları ərzində aqrar məhsulların ixracı 2,8% artaraq 789,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 57,3% artaraq 316,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1% artaraq 1,11 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilmiş pambıq mahlıcı (177,1 milyon ABŞ dolları) qeyri-neft sektoruna aid malların siyahısında birinci olub. Bu siyahıda ikinci yerdə tomat (pomidor) (175.4 milyon ABŞ dolları), üçüncü yerdə qızıl (165.3 milyon ABŞ dolları) qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti