Bakı. Trend:
Ötən il Azərbaycan 104,4 milyon ABŞ dolları dəyərində 474,1 min ton metanol (metil spirti) ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 14,5 milyon ABŞ dolları (16,2%) çox, həcm baxımından isə 27,5 min ton (5,5%) azdır.
2024-cü il ərzində metanol (metil spirti) ixracı ölkənin ümumi ixracının 0,39%-ni, qeyri-neft məhsulları ixracının isə 3,11%-ni təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 89,8 milyon ABŞ dolları dəyərində 501,6 min ton metanol (metil spirti) ixrac edilib.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan 293,7 milyon ABŞ dolları dəyərində 1,1 milyon ton kimya sənayesi məhsulları ixrac edilib. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 45,5 milyon ABŞ dolları (18,3%), həcmi isə 169,5 min ton (18%) artıb.
Hesabat dövründə kimya sənayesi məhsulları Azərbaycanın ümumi ixracdakı payının 1,11%-ni, qeyri-neft sektoru üzrə isə 8,75%-ni təşkil edib.