...

“Astara” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Energetika Materials 3 Fevral 2025 14:02 (UTC +04:00)
“Astara” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Astara” modul tipli elektrik stansiyasında (ES) istismara verildiyi tarixdən bu günədək 5,1 mlrd. kVt·st elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend Energetika Nazirliyindən məlumat əldə edib.

Xatırladaq ki, 19 il əvvəl - 2006-cı il fevralın 3-də Astara rayonunun Ərcivan kəndində ümumi gücü 87 MVt olan “Astara” modul tipli elektrik stansiyası istismara verilib.

Ötən il respublikada elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt·st olub. Dövr ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 543,2 mln. kVt·st, SES-lərdə 3 011,0 mln. kVt·st, digər mənbələr üzrə isə 839,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 51,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 728,7 mln. kVt·st artaraq 3 850,9 mln. kVt·st təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti