Bakı.Trend:
Belarus hökuməti istefaya gedib.
Trend xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının mətbuat xidməti məlumat yayıb.
“Belarus hökuməti öz səlahiyyətlərini dayandırıb. Bu haqda müvafiq qərarı baş nazir Roman Qolovçenko imzalayıb",- məlumatda deyilir.
Belarus konstitusiyasına əsasən, hökumət səlahiyyətlərini yeni seçilmiş prezident qarşısında dayandırıb. Qərar qəbul edildiyi gündən etibarən qüvvəyə minir.
Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçkilərdən ən yüksək nəticəni hazırki dövlət başçısı Aleksandr Lukaşenko göstərərək, növbəti müddətə prezident seçilib.