Bakı. Trend:
Fevralın 3-də Günəşdə 7 güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, partlayışlardan ən güclüsü Bakı vaxtı ilə 08:00 radələrinə təsadüf edib. İnstitutun məlumatında qeyd edilir ki, partlayış 12 dəqiqə ərzində davam edib.
Hal-hazırda günəşin partlayış aktivliyi indeksi 10 ballıq şkala ilə 8.7 həddindədir. Qarşıdakı iki gün ərzində isə ən yüksək səviyyəli – X sinfindən olan partlayışların baş verəcəyi gözlənilir .