...

Baş Prokurorluğa yeni səlahiyyət verilir

Cəmiyyət Materials 3 Fevral 2025 15:36 (UTC +04:00)
Baş Prokurorluğa yeni səlahiyyət verilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Baş Prokurorluğuna yeni səlahiyyət veriləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilir.

Layihəyə əsasən, bu səlahiyyət Azərbaycan Respublikasının Baş Prokurorluğuna da verilir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti