...

İntizam komissiyasına sədr, sədr müavini və katib seçilib

Siyasət Materials 3 Fevral 2025 17:00 (UTC +04:00)
İntizam komissiyasına sədr, sədr müavini və katib seçilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 3-də VII çağırış Milli Məclisin yeni formalaşmış İntizam komissiyasının ilk iclası keçirilib.

Trend xəbər verir ki, komissiya üzvü Səttar Möhbalıyevin sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Səsvermə nəticəsində deputatlar - Eldar İbrahimov komissiyanın sədri, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.

İclasda komissiya üzvləri Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Məlahət İbrahimqızı iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti