...

Qeyi-neft sektoru üzrə özəl ixracatçı subyektlərin 2024-cü il üzrə reytinqi açıqlanıb

İqtisadiyyat Materials 3 Fevral 2025 15:25 (UTC +04:00)
Qeyi-neft sektoru üzrə özəl ixracatçı subyektlərin 2024-cü il üzrə reytinqi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Qeyi-neft sektoru üzrə qeyri-dövlət (özəl) ixracatçı subyektlərin 2024-cü il üzrə reytinqi açıqlanıb.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışına istinadən xəbər verir.

Məlumata görə, ötən il qeyi-neft sektoru üzrə ən çox ixrac gəliri əldə edən özəl müəssisə “MKT İstehsalat Kommersiya” MMC olub. Belə ki, şirkət bu dövrdə 93,8 milyon ABŞ dolları dəyərində ixrac gəliri əldə edib ki, bu da, 2023-cü illə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 5,7% çoxdur. Ötən il şirkətin ixrac gəlirlərinin həcmi 88,7 milyon ABŞ dolları olub.

Bəhs olunan dövrdə ən az ixrac gəliri əldə edən qeyri-dövlət müəssisəsi isə “Atena” MMC olub. Belə ki, şirkətin ixrac gəlirləri illik müqayisədə 22,6 milyon ABŞ dolları və ya 5 dəfə artaraq 28,2 milyon ABŞ dollarına çatıb.

Ötən il qeyi-neft sektoru üzrə qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Şirkət adı

2024 (milyon dollar)

2023 (milyon dollar)

MKT İstehsalat Kommersiya MMC

93,8

88,7

Silk Vey Vest Aviaşirkəti MMC

75,7

776 min

ASG Business Aviation MMC

70

19,5 min

Baku Steel Company QSC

65

63

Süleymanova Göhər Süleyman qızı

51,8

0

AIMKL-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi

39,6

59,2

Azərbaycan Şəkər İstehsalat Birliyi MMC

38,6

23,6

TABATERRA QSC

34,6

7,7

Khan-El MMC

30

24

Atena MMC

28,2

5,6

Məqalədə:
Xəbər lenti

Xəbər lenti