...

Bu seçki məntəqəsinin bələdiyyə seçkiləri üzrə nəticələri ləğv edilib

Cəmiyyət Materials 3 Fevral 2025 17:36 (UTC +04:00)
Bu seçki məntəqəsinin bələdiyyə seçkiləri üzrə nəticələri ləğv edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

23 saylı Nəsimi-Səbail seçki darəsinin 30 saylı seçki məntəqəsinin bələdiyyə seçkiləri üzrə nəticələri ləğv edilib.

Trend xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü toplantısında elan edilib.

Qərar sözügedən seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirmək mümkün olmadığından verilib və yekdilliklə qəbul edilib.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti