Bakı. Trend:
Yanvar ayında aparılan yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, 2025-ci ilin yanvar ayı ərzində 16 aptekdə yoxlama aparılıb. Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb.
Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.