Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Trend xəbər verir ki, bununla bağlı XİN-in rəsmi "X" səhifəsində bu gün paylaşım edilib.
"Pakistan İslam Respublikasının Bəlucistan əyalətində törədilmiş terror aktı xəbəri bizi dərindən kədərləndi. Düşüncələrimiz və dualarımız terror aktının qurbanların ailələri ilə birlikdədir və bu çətin anda Pakistanla həmrəyliyimizi ifadə edirik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşən Azərbaycan bu təhlükə ilə mübarizə üçün bütün səyləri dəstəkləməyə tam sadiqdir", - paylaşımda bildirilib.