Bakı. Trend:
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən tikinti sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 369 milyon manata çatıb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 56,5 milyon manat və ya 4,3% çoxdur. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən tikinti sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 312,5 milyon manat olub.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,6 milyard manat olub.