...

Milli Məclis əmək pensiyasının minimum məbləğini təsdiqlədi

Cəmiyyət Materials 3 Fevral 2025 15:27 (UTC +04:00)
Milli Məclis əmək pensiyasının minimum məbləğini təsdiqlədi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunacaq.

Trend xəbər verir ki, bu məsələ “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında qanun layihəsi bir oxunuşda qəbul olunub.

Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə əsasən, əmək pensiyasının minimum məbləği 2023-ci il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.

Qeyd edək ki, bu qanuna uyğun olaraq təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilən əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü il dekabrın 23-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti