...

Kanada ABŞ-dən gələn bir sıra məhsullara 25 faiz rüsum tətbiq edir

Dünya xəbərləri Materials 3 Fevral 2025 01:38 (UTC +04:00)

Bakı. Trend:

Kanada fevralın 4-dən cavab tarif tədbirləri çərçivəsində ərzaq da daxil olmaqla bir sıra ABŞ mallarına yüksək tariflər tətbiq edir.

Trend-in məlumatına görə, bu barədə Kanada hökumətindən bildirilib.

Məlumata əsasən, 25 faiz rüsum tətbiq ediləcək Amerika məhsullarına ət, süd və süd məhsulları, meyvə və tərəvəz daxildir. Siyahıya şərablar, vermutlar və sidr kimi müxtəlif fermentləşdirilmiş içkilər də daxildir.

Bundan əlavə, bir sıra geyim və ayaqqabı məhsullarına məhdudiyyətlər qoyulub. Siyahıya həmçinin kosmetika, tütün məmulatları, təkərlər, bıçaqlar, nasoslar, dondurucular, soyuducular və digər məişət texnikası daxildir.

ABŞ-dan gələn motosikletlərə, odlu silahlara, bombalara, torpedalara və minalara da 25% rüsum tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti