...

Azərbaycanda "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

Siyasət Materials 3 Fevral 2025 16:05 (UTC +04:00)
Azərbaycanda "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək.

Nəzərdə tutulan vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti